image-ads_n1karobka_mobile
image-69bb3b2f02e8bd4e9a18a0fbbackend

İranın zərbələri bölgədə gərginliyi artırdı

image-add-a-heading

İran qüvvələrinin Səudiyyə Ərəbistanı ərazisində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyi iddia olunur.

Doğru.az xəbər verir ki, İranın “Tasnim” nəşri Ər-Riyadda baş verən güclü partlayışların Amerika qırıcı təyyarələrinin yanacaq ehtiyatlarının məhv edilməsi ilə nəticələndiyini bildirib. Məlumata görə, hücumlar birbaşa zərbələr nəticəsində həyata keçirilib.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İranın İsrailin bir neçə şəhərinə, həmçinin Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlamışdı.

Hadisələrin Əli Laricaniyə qarşı həyata keçirilən sui-qəsd cəhdinə cavab olduğu qeyd edilir. Bildirilir ki, Tehran eyni zamanda İsraildə yerləşən Ben Qurion hava limanı ərazisində yanacaq dolduran təyyarələri də hədəf alıb.

Qeyd edək ki, bölgədə baş verən son hadisələr Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki