Aparıcı Zaur Baxşəliyev yenidən efirdə olacaq.
Doğru.az xəbər verir ki, o, Günayla yanaşı “Zaurla Günaydın” verilişini təqdim edəcək. Məlumata görə, proqramın çəkilişləri artıq başlayıb.
Verilişin qonaqları Əməkdar artistlər Elnarə Abdullayeva və Elza Seyidcahan olub.
Qeyd edək ki, cari mövsümdə “Zaurla Günaydın” verilişinin köhnə çəkilişləri yayımlanırdı. Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişi bağlanıb.
DOĞRU.AZ


























