image-ads_n1karobka_mobile
image-69bb1371ae5ac971e5022bb1backend

Pezeşkian: Hücumlar dünyaya təsir edəcək

image-add-a-heading

Amerika və İsrail qüvvələrinin İranın enerji obyektlərinə hücumları ilə bağlı açıqlamalar beynəlxalq gündəmdə geniş rezonans doğurub.

Doğru.az xəbər verir ki, Məsud Pezeşkyan sosial şəbəkə hesabında bildirib ki, bu cür hücumlar vəziyyəti daha da mürəkkəbləşdirir və nəzarətsiz nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, proseslərin miqyası yalnız regionla məhdudlaşmayacaq və bütün dünyaya təsir göstərəcək.

Prezident əlavə edib ki, baş verənlər gərginliyi artırmaqla yanaşı, beynəlxalq təhlükəsizlik üçün də ciddi risklər yaradır.

Qeyd edək ki, Məsud Pezeşkyan daha əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə bağlı başsağlığı verib və hadisəyə görə məsul şəxslərdən sərt şəkildə qisas alınacağını bəyan edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki