image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240509-wa0065backend

Fərid Mailovun çoxdan gözlənilən layihəsi – FOTO/VİDEO

image-728x90px

“Qaya” Dövlət Ansamblının bədii rəhbəri, istesadlı saksafon ifaçısı Fərid Mailov çoxdan gözlənilən layihəsini dinləyicilərə təqdim edib.

Doğru.az xəbər verir ki, istedadlı musiqiçi bəstəsi Sevil xanım Əliyevaya məxsus olan “Qayıt əzizim” adlı mahnıya yeni nəfəs verib.

Mahnlya klip də çəkdirən Mailov, öz doğum günündə layihəsini izləyənlərin ixtiyarına verib.

Musiqiçi açıqlamasında “Bu layihə 2024-cü ilin yanvar ayında start götürüb. Mahnıya istedadlı aranjemançı Tərlan Məmmədli yeni nəfəs verdi. Klipi daha tez də təqdim edə bilərdim amma istədim ki, doğum günümdə həm özümə, həm dinləyicilərə hədiyyə olsun” deyə bildirib.

Qeyd edək ki, Fərid Mailov Bakı musiqi Akademiyasını klarnet uzre ifaçılıq fakultesini qırmızı diplomla bitirib. 1995 ilde əfsanəvi “Qaya” kvartetinin solisti Rauf Babayevin yaratdığı “Bəri Bax” vokal ansamblında fəaliyyətə başlayıb.

Hazırda “Qaya” Dövlət ansablının bədii rəhbəri vəzifəsində çalışır. Bir çox dövlət tədbirlərində çıxış edən Mailov, eyni zamanda dünyaca məşhur festivalların qalibidir.

DOĞRU.AZ

image-img-20240509-wa0070 image-img-20240509-wa0067 image-img-20240509-wa0068 image-img-20240509-wa0066 image-img-20240509-wa0069

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki