image-n1karobka_ads
image-123
image-64eadc81cb7df64eadc81cb7e0169311347364eadc81cb7dd64eadc81cb7debackend

FİFA İspaniya futbolunun rəhbərinin 15 il müddətinə uzaqlaşdırılmasına nail olmaq istəyir

image-ad_qayo_720x110px

Beynəlxalq Futbol Federasiyası (FİFA) qadınlardan ibarət milli komandanın futbolçusu Cennifer Hermoso ilə öpüşən İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri Luis Rubialesin vəzifəsindən uzaqlaşdırılmasına nail olmağı planlaşdırır.

Bu barədə Daily Mail məlumat yayıb.

Nəşrin məlumatına görə, FİFA Rubialesin 15 il müddətinə futbol sahəsində işləməsinə qadağa qoyulmasını israr edəcək – federasiyanın qaydaları ilə icazə verilən maksimum hədd.

İspanların ingilis qadınlarına qalib gəldiyi (1:0) DÇ-2023 finalından sonra mükafatlandırma mərasimində Rubiales Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bir çox jurnalistlər və pərəstişkarları onun bu hərəkətini hədsiz adlandırıblar.

FİFA İspaniya futbolunun rəhbərinə qarşı intizam işi açıb. Rubiales davranışına görə üzr istəyib, lakin federasiya növbədənkənar assambleya çağırıb, çıxışı zamanı ispaniyalı istefa verməyəcəyini və məhkəmədə özünü müdafiə etməyə hazır olduğunu bildirib. Avqustun 26-da FİFA İntizam Komitəsi onu futbolla bağlı hər hansı fəaliyyətdən uzaqlaşdırıb.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki