Beynəlxalq Futbol Federasiyası (FİFA) “Twitter” səhifəsində qadınlar arasında dünya çempionatının keçiriləcəyi Yeni Zelandiyanın Oklend şəhərində baş verən atışmaya münasibət bildirib.
“FIFA-ya məlumat verilib ki, bu, futbol hadisələri ilə əlaqəli olmayan tək bir hadisədir və bu axşam Eden Parkda keçiriləcək açılış matçı planlaşdırıldığı kimi davam edəcək” dedi.
Atışma qadınların dünya çempionatında Norveç yığmasının Yeni Zelandiya ilə oyunu ərəfəsində baş verib.
Atıcının pompalı silahdan bir neçə dəfə atəş açdığı bildirilir. Cinayətkar Yeni Zelandiyanın hüquq-mühafizə orqanları tərəfindən aradan qaldırılıb.
Mənbə: Sports.ru