Beynəlxalq Futbol Federasiyası (FİFA) 17 yaşadək futbolçulardan ibarət Rusiya komandalarına onun himayəsi altında beynəlxalq turnirlərdə iştirak etməyə icazə verə bilər.
Bu barədə Sky News xəbər verir.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sentyabrın sonunda Rusiya ilə bağlı mövqeyini yumşaltmasından sonra FİFA qadağanı yumşaltmağı düşünür. Qərar oktyabrın 4-də FİFA şurasının iclasında qəbul edilə bilər. Müsbət nəticə olduğu halda Rusiya komandaları seçmə turnirdən keçsələr, 17 yaşadək futbolçular arasında dünya çempionatında iştirak edə biləcəklər. U-17 dünya çempionatı 2023-cü ildə İndoneziyada keçiriləcək.
2022-ci ilin yazında FİFA və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. O vaxtdan bəri komandalar yalnız yoldaşlıq oyunları keçirib.
Mənbə: TRT Spor