Filippin, Çinin Cənubi Çin dənizində Filippin gəmilərinə qarşı “aqressiv” hərəkətlərinə görə Çinin Maniladakı səfirini çağırıb.
Bu barədə Filippin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Filippin Xarici İşlər Nazirliyinin sözçüsü Teresita Daza keçirdiyi mətbuat konfransında ölkənin sahil mühafizə gəmilərinin öz gəmilərinə qarşı su şırnaqlarından istifadə etməsinə görə Çinə diplomatik etiraz etdiyini bildirib.
Dekabrın 9-da Filippin Çini mübahisəli Skarboro rifi yaxınlığında üç Filippin gəmisinə su şırnaqları ilə hücum etməkdə ittiham edib.
Mənbə: Reuters