Finlandiya NATO-nun Rusiya ilə sərhədini gücləndirmək üçün ABŞ-dan yeni silahlar ala bilər.
Bu barədə RİA Novosti Amerikanın RealClearDefence portalında Leksinqton İnstitutunun baş analitiki Sara Uaytın məqaləsinə istinadən xəbər verir.
“Finlandiya çox güman ki, yeni Amerika avadanlığı üçün ən çox axtarılan namizəd olacaq” deyə Uayt yazır.
Onun sözlərinə görə, Finlandiya ordusu yaxın gələcəkdə ABŞ-dan yüksək kəşfiyyat imkanlarına görə NATO üçün olduqca yüksək dəyərə malik 64 ədəd beşinci nəsil F-35A qırıcıları alacaq.
Təhlilçi hesab edir ki, təyyarələrdən sonra ABŞ Finlandiyaya ağır zirehli maşınlar göndərə bilər.
Mənbə: RİA Novosti