Finlandiyanın Loviisa atom elektrik stansiyasında nasazlıq baş verib.
Bu barədə “Fortum” dövlət enerji şirkəti məlumat verib.
Şirkətdən verilən məlumata görə, nasazlıq səbəbindən AES-in gücü azaldılmalı olsa da, insanlar və ətraf mühit üçün heç bir təhlükə yoxdur. Stansiyada dəqiq hansı qüsurun baş verdiyi və bunun nədən qaynaqlandığı açıqlanmır.
Loviisa atom elektrik stansiyası Finlandiyanın Hästholmen adasında, Loviisa şəhərindən 15 km cənub-şərqdə yerləşir. Fortum dövlət konserninə məxsusdur. Elektrik stansiyasının iki reaktoru Finlandiyanın elektrik istehlakının 10%-dən çoxunu istehsal edir.
Mənbə: gazeta.ru