Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə miqrant böhranının davam edəcəyini gözləyir.
Bu barədə TASS-a idarənin mətbuat xidmətindən məlumat verilib.
Finlandiya Nazirlər Kabinetinin qərarı ilə 2023-cü il yanvarın 14-dək Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri bağlı qalacaq.
“Sərhəd Mühafizəsi həmçinin Rusiyadan Finlandiyaya miqrasiyanın bu və ya digər formada 2024-cü il yanvarın 14-dən sonra da davam edəcəyini gözləyir. Sərhəd-keçid məntəqələri vasitəsilə hərəkətin bərpası və vəziyyət hökumətin bu məsələ ilə bağlı daha sonra hansı qərar qəbul etməsindən asılı olacaq”, – deyə mətbuat xidmətindən bildirilib.
Mənbə: TASS