image-n1karobka_ads
image-123
image-upload-20180918_gaf_u40_770-pic_32ratio_900x600-900x600-33623backend

Finlandiya Rusiyaya mülki sursatların ixracının qarşısını almaq istəyir

Finlandiyanın Daxili İşlər Nazirliyi mülki döyüş sursatlarının Rusiyaya satışının qarşısını almaq məqsədilə, onun ixracı üçün lisenziya haqqında qanun layihəsi hazırlayıb.

TASS bu barədə nazirliyin bəyanatına istinadən xəbər verir.

Daxili İşlər Nazirliyi bildirib ki, lisenziyanın tətbiq edilməsində məqsəd “Aİ-nin sanksiyalarla bağlı qərarına uyğun olaraq, xüsusən də patron komponentlərinin Rusiyaya ixracının qarşısını almaqdır”.

Əgər sənəd qəbul olunarsa (bu, 2024-cü ilə qədər baş verə bilər), o zaman mülki sursatların, o cümlədən patronların ixracı üçün Finlandiya Daxili İşlər Nazirliyindən icazə almaq lazım gələcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki