image-n1karobka_ads
image-123
image-ckauejgwsaa_8_8-pic905-895x505-50987backend

Finlandiyada 21-ci əsrin temperatur rekordu müəyyən edilib

Yanvarın 5-nə keçən gecə Finlandiyada 21-ci əsrin temperatur rekordu qeydə alınıb – Enontekijo hava limanı ərazisində temperatur -44,3°C-ə düşüb.

RİA Novosti xəbər verir ki, bu barədə Finlandiya Meteorologiya İnstitutu məlumat yayıb.

“Finlandiya 21-ci əsrdə gecə ərzində ən soyuq temperaturu Enontekiö hava limanında mənfi 44,3 dərəcəyə endiyi zaman qeydə alıb”, – hesabatda deyilir.

Enontekiö hava limanı Finlandiyanın Laplandiya əyalətinin eyniadlı kommunasında yerləşir. Buradakı iqlim ərazinin şimal mövqeyi, Finlandiyanın qalan hissəsi ilə müqayisədə daha yüksək mövqe, həmçinin Şimal Buzlu Okeanın yaxınlığı kimi xüsusiyyətlərlə xarakterizə olunur. Enontekijoda orta illik temperatur Finlandiyada ən aşağıdır. Burada yay qısa və sərindir.

Yanvarın 4-də Finlandiyada bu qış üçün temperatur rekordu qeydə alınıb – mənfi 42,1°C.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki