image-n1karobka_ads
image-123
image-1-211backend

Flora Kərimova uzun müddətdir gündəmdən uzaq qalmasının səbəbini açıqladı

image-ad_qayo_720x110px

Xalq artisti Flora Kərimova Axşam.az-a açıqlamasında uzun müddətdir gündəmdən uzaq qalmasının səbəbini açıqlayıb.

Müğənni bildirib ki, istirahət edir və bütün verilişlərin dəvətlərini geri çevirir:
“Hamıya ‘yox’ deyirəm. Cavanlar efirə çıxsınlar. Yoruluram, hazırlaşmaq, getmək… Çox şey düşünmək lazımdır, fiziki yoruluram. Heç yeni mövsüm də də ‘yox’ deyib duracağam” – deyə F. Kərimova qeyd edib.

O, bağında istirahət edərkən nəvəsindən də danışıb:

“Bağda dincəldim. Rahatçılığım təmin olunur deyə, əziyyət çəkmədim. Mənə qarşı çox qayğı var. İndi də bağdayam. Evə bağlı adamam, öz evimi, ünvanımı, mənə məxsus olan hər şeyin qədrini bilir və qoruyuram. Ondan həz alıram. Ona görə də heç xaricə də getmək istəmədim. Qızım və nəvəm burada idi, getdilər. Çox şirin, istiqanlı nəvəm var. Deyir, mənimlə Azərbaycan dilində danış. Orada ingilis bağçasına gedir, ona görə də çətin danışır. Anası onunla Azərbaycan dilində danışır. Mahnılarımı tanıyır”.

Flora Kərimova plastik-cərrah Sevinc Heydərova ilə məhkəməsindən də söz açıb:
“Məhkəmədə qalib gəldim. İndi həkim buradan qaçaq düşüb. Çox yalanlar danışdılar, saxtakarlıqlar etdilər. Amma Allah yoluna saldı. Həqiqətin səsi elə gur idi ki, ona bata bilmədilər. Təzminat ödəmədi, canından pul çıxar?”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki