“France 24” telekanalı Ukrayna xüsusi xidmət orqanlarının Kiyevdə Fransa prezidenti Emmanuel Makrona sui-qəsd cəhdinin hazırlanması barədə bəyanatı təkzib edib.
“Biz təsdiq edirik ki, bu çıxarış saxtadır. Heç efirə çıxmadı. Bu aparıcı həqiqətən telekanalda işləyir, lakin bu, 100% süni intellekt tərəfindən hazırlanmış məhsuldur”, – media nümayəndələri bildiriblər.
Eyni zamanda, kanal rəhbərliyi qeyd edir ki, sonradan bu fraqmenti “informasiya manipulyasiyası” nümunəsi kimi göstərməyi planlaşdırırlar.
Mənbə: A Haber