FNSEA fermerlər həmkarlar ittifaqının rəhbəri Arnaud Russo TF1 televiziyasında bildirib ki, fermerlər əlavə dəstək tədbirləri olmadığı halda etirazları bərpa etməyə hazırdırlar.
“On gün ərzində dəyişiklik görməsək, tətilləri bərpa etməyə hazırıq” dedi Russo.
O əlavə edib ki, fransalı fermerlər hökumətin kənd təsərrüfatı sektorunu dəyişmək üçün az iş görməsindən narazıdırlar. Fransanın bəzi departamentlərində fermerlər artıq etiraz aksiyalarına qayıdıblar.
Bundan əvvəl Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot Fransa xalqının Polşadan olan fermerlərin Ukrayna taxılının Avropa İttifaqına idxalına qarşı etirazlarını dəstəklədiyi barədə fikir bildirib.
Mənbə: A Haber