Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Avropaya gözlənilən hücumu ilə bağlı açıqlamaları Fransanı dünya müharibəsinə sürükləyə bilər.
Bu qənaətə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki səhifəsində gəlib.
Siyasətçi xatırladıb ki, Parisdə Ukraynaya dəstək mövzusunda keçirilən beynəlxalq konfransda Makron Rusiya Federasiyasının Avropaya “hücum edə biləcəyini” deyib.
“Belə ki? Biz müharibədəyik? III Dünya Müharibəsi?! Aydındır ki, bu məqsədidir”, – Filippo yazıb.
O, əmin olduğunu bildirib ki, Fransa Kiyevə əlavə yardımdan imtina etməli və NATO-nu tərk etməlidir.
Mənbə: A Haber