Ukrayna Belqoroda zərbələr endirməyə davam edərsə, Ukraynanın müttəfiqləri üçün ona yeni yardım göstərməyə razılıq vermək daha çətin olacaq.
RİA Novosti xəbər verir ki, bunu Fransanın LCI telekanalının beynəlxalq müşahidəçisi Maqali Barte deyib.
“Belqoroda hücumlar artmaqda davam edərsə və daha çox mülki insan həlak olarsa, xarici hökumətlərin Ukrayna ilə maliyyə əlaqələrini davam etdirməyə razılıq verməsi çətin olacaq”, – Barte bildirib.
O qeyd edib ki, Qərb ölkələri Ukrayna üçün belə strategiyanı dəstəkləmir.
Onun sözlərinə görə, indi mülki şəxslərlə hərbi hədəflər arasındakı xəttin ciddi şəkildə bulanıq olduğunu görmək olar.
Jurnalist bu vəziyyəti riskli hesab edir. O, əlavə edib ki, bütün bunlar Qərb ölkələrində “xüsusilə də yeni kreditlər üzrə razılaşmanın getdikcə çətinləşdiyi bir vaxtda” yaxından izləniləcək.
Mənbə: RİA Novosti