Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin şagirdi Azərin Tahirzadə, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirləri Əli Hüseynov və Musa Süleymanovun iştirak etdiyi “RoboRevolation” komandası 3-cü yerə layiq görülüb.
Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib.
Olimpiadada 4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər “Robomission”, “Robosports”, “Future innovators” və “Future engineers” adlı komandalar şəklində yarışıblar.
Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 7-9 noyabr, 2023-cü il tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.
DOĞRU.AZ