image-n1karobka_ads
image-123
image-img-20250630-wa0055backend

Gənclərə Fotoqrafiya üzrə təlim kursu keçirilir – FOTO

Doğru.az xəbər verir ki, ölkənin aparıcı foto təşkilatlarından biri olan “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən həyata keçirilən “Gilavar Fotoqrafiya Məktəbi” layihəsi uğurla davam etdirilir.

Layihənin məqsədi foto sənətinə marağı olan gəncləri dəstəkləmək, onların bu sahəyə ilk addımlarını inamla atmalarına şərait yaratmaq və gələcək peşəkar, yaradıcı fotoqrafların formalaşmasına töhfə verməkdir.

Təlim kursları ödənişsiz əsasda təşkil olunur və müsahibə yolu ilə seçilmiş 50 nəfər gənc iştirak edir. Kurs çərçivəsində iştirakçılar fotoqrafiyanın əsas prinsipləri, fototexnikanın tətbiqi, studiya şəraitində çəkiliş, fotojurnalistika, fotoredaktə proqramları kimi müxtəlif mövzularda nəzəri və praktiki biliklər əldə edirlər.

Dərslər “Gilavar Foto Klubu” ictimai birliyinin İdarə Heyətinin üzvü, tanınmış fotoqraf Rauf Umudov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) peşəkar fotomüxbiri Tofiq Babayev tərəfindən aparılır.

Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək. Eyni zamanda kursun sonunda gənc fotoqrafların çəkdiyi şəkillərdən ibarət fotosərgi təşkil olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

DOĞRU.AZ

image-img-20250630-wa0046 image-img-20250630-wa0042 image-img-20250630-wa0048 image-img-20250630-wa0047 image-img-20250630-wa0041 image-img-20250630-wa0050 image-img-20250630-wa0051 image-img-20250630-wa0052 image-img-20250630-wa0054 image-img-20250630-wa0049 image-img-20250630-wa0056 image-img-20250630-wa0053 image-img-20250630-wa0060 image-img-20250630-wa0057 image-img-20250630-wa0058 image-img-20250630-wa0059 image-img-20250630-wa0044 image-img-20250630-wa0045

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki