image-ads_n1karobka_mobile
image-8d04dabe-c7bc-3717-af3e-d3a4346b1239_850backend

Göygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb

Göygöl rayonunda 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri 1957-ci il təvəllüdlü Hidayət İsaq oğlu İbrahimov və onun 1977-ci il təvəllüdlü bacısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki