image-n1karobka_ads
image-123
image-17260456045321839744_1200x630backend

Göygöldə Azərbaycanın ilk Moruq Festivalı keçiriləcək

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Moruq Festivalı keçiriləcək.

Rayon icra hakimiyyətindən Doğru.az-a bildirilib ki, festival sentyabrın 14-15-də saat 10:00-dan başlayaraq Göygöl rayonunun Keşkü kəndində təşkil olunacaq. Festivalda qonaqlara moruqdan hazırlanan müxtəlif təamlar və içkilər təklif olunacaq. Festivalın mədəni hissəsi konsert proqramı ilə zənginləşdiriləcək. Həm uşaqlar, həm də böyüklər üçün əyləncəli proqramlar nəzərdə tutulub. Təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün isə xüsusi ərazi ayrılacaq.

Festival çərçivəsində, həmçinin yerli sənətkarların əl işlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası təşkil ediləcək. Burada iştirakçılar öz zövqlərinə uyğun müxtəlif əl işləri ilə tanış ola və onları əldə edə biləcəklər. Festival, həm yerli sakinlər, həm də Göygölün qonaqları üçün təbiətin gözəlliklərini kəşf edərək istirahət etmək üçün əla şərait yaradacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki