image-2000x150px
image-123
image-ads_atlas
image-received_197290712348355-768x403backend

Günel Gözəlovanın şikayətilə bağlı Baş Prokurorluq Səhiyyə Nazirliyinə müraciət edib

image-728x90px

Jurnalist Günel Gözəlovanın həyat yoldaşının həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib:

“Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.

Hazırda araşdırma davam etdirilir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki