image-ads_n1karobka_mobile
image-69c78c2202e8bd5053782092backend

Günəş aktivliyi kritik həddə

image-add-a-heading

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyasından verilən məlumata görə, hazırda Günəşdə böyük plazma atımı inkişaf edir.

Doğru.az xəbər verir ki, alimlər bildiriblər: “Koronoqrafların geri göndərdiyi görüntülərə və rentgen profillərinə əsasən, hazırda Günəşdə böyük bir plazma atımı inkişaf edir”.

Onların sözlərinə görə, bu hadisə 1972-ci ildən bəri Aya ilk insanlı missiyanın buraxılışına təsir göstərə bilər, çünki ekipaj Yerin maqnit sahəsinin qoruyucu təsirindən kənara çıxacaq. Laboratoriya izah edib ki, Yerə yaxın orbitlərdən fərqli olaraq, dərin orbitlərdə kosmik gəmi birbaşa günəş plazma buludunun içərisində qalır.

Laboratoriyanın Telegram kanalında qeyd olunub ki, “Günəş aktivliyi xüsusilə yaxın günlərdə diqqətlə izləniləcək”.

Bundan əvvəl NASA-nın administratoru Cared İsaakman astronavtların 2028-ci ildə Aya enə biləcəyini bildirib.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki