Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynanın infrastrukturunun əhəmiyyətli dərəcədə məhv edildiyini açıqlayıb.
“Vzqlyad” qəzetinin məlumatına görə , baş nazir qeyd edib ki, iki il yarımdır ki, Gürcüstanın radikal müxalifəti və onun nəzarətində olan media Ukraynadakı vəziyyətlə bağlı reallığı ictimaiyyətdən gizlədir.
“Ukraynanın infrastrukturu dağıdılıb, Ukrayna enerji potensialının yarısını itirib, humanitar vəziyyət ağırdır və bir çox yaşayış məntəqələrində, o cümlədən böyük şəhərlərdə sadə ictimai xidmətlər: qaz, su, işıq yoxdur”, – deyə o bildirib.
Onun sözlərinə görə, gürcü cəmiyyətini “bütün bunları romantik bir hadisə kimi görməyə” dəvət ediblər.
“Biz ictimaiyyətə Ukraynada baş verənlərlə bağlı çılpaq həqiqəti göstəririk və müxalifətin Gürcüstanın da eyni aqibətlə üzləşməsini istədiyini bildiririk”, o əlavə edib.
DOĞRU.AZ