Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) parlament seçkiləri öncəsi ölkədə dövlət məmurlarının saxta audio və video yazılarının yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə TASS məlumat yayıb.
Xidmətin məlumatına görə, siyasi dairələrə yaxın şəxslər seçkilərə bir neçə gün qalmış süni intellektin köməyi ilə yaradılmış materialları yaymaq niyyətindədirlər.
Bundan əvvəl Gürcüstan Mərkəzi Seçki Komissiyası bildirmişdi ki, komissiya üzvlərinə naməlum şəxslərdən seçkilərin təşkilində iştirak etməmək və vəzifəsini tərk etmək çağırışı ilə mesajlar daxil olur.
Gürcüstanın baş naziri İrakli Kobaxidze seçki prosesinə görünməmiş kənar müdaxiləni açıqlayıb.
Mənbə TASS