Mercedes və Ferrari pilotları Lyuis Həmilton və Çarlz Lekler ABŞ Qran Prisindən diskvalifikasiya edilib.
Bu barədə “Championship” məlumat yayıb.
Diskvalifikasiya qərarı Qran Pri stüardları tərəfindən FİA-nın texniki nümayəndəsi Co Bauerin hesabatı əsasında qəbul edilib.
Həmilton və Leklerkin avtomobilləri yarış bitdikdən sonra texniki baxışdan keçirilməyib. Avtomobillər qaydalara uyğun olmayan sürüşmə lövhələri ilə təchiz edilib.
Ferrari və Mercedes günahlarını etiraf etdilər. Həmilton ikinci, Lekler isə altıncı yerdən məhrum edilib.
Mənbə: Sports.ru