image-n1karobka_ads
image-123
image-img-20230914-wa0014backend

Həmyerlimiz Polşadan “Avroviziya 2024” seçimlərinə qoşuldu

Polşada yaşayan həmyerlimiz Zuar (Arzu Mahmudova) öz sosial şəbəkə hesabından etmiş olduğu paylaşımda qeyd edir ki, o Polyak prodüserlə birgə mahnı ərsəyə gətirib və İTV-nin başlatdığı seçimlərə öz namizədliyini irəli sürüb.

”Symphony Of Life” adlanan mahnının musiqi və sözləri ifaçının özünə aiddir. Aranjeman və masterinq işləri isə Pawel Tischner tərəfindən ərsəyə gəlib.

Onlar sözügedən mahnını artıq “Soundcloud” musiqi platformasında yerləşdirib: Aldığımız məlumata görə Zuar 2000-ci ildə Bakı şəhərində dünyaya göz açıb. İlk 6 illik təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, növbəti 3 ilini 59 nömrəli məktəbdə, son 2 ilini isə 245 nömrəli məktəbdə almışdır.

2018-ci ildə Azərbaycan İqtisad Universitetindəki təhsilini başa vuraraq, Polşanın Varşava şəhərində yerləşən UFM universitetində təhsil almağa başlamış, 2021-ci ildə isə təhsilini başa vurmuşdur.

Azərbaycan dili ilə yanaşı, polyak, rus, ingilis və türk dillərində danışmağı bacaran ifaçı hazırda qurduğu kiçik qrup ilə birgə Varşavada yerləşən məkanlarda səhnə alır.

Prodüseri, həmçinin, mahnının aranjeman işlərini görən Polşadan olan Paweł Tischner 20 yaşındadır və 2018-dən peşəkar musiqi prodüserliyi etməyə başlayıb.

O, Avroviziya üçün ilk dəfə yox, daha öncədən də fərqli ölkələrdən olan artistlərlə birgə mahnılar hazırlayaraq müsabiqəyə namizəd olmuşdur.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki