2024-cü ildə dünyada yeni qaynar nöqtələr yarana bilər.
Bu fikirləri hərbi analitik, Hərbi Elmlər Akademiyasının baş elmi işçisi Vladimir Proxvatilov deyib.
Ekspertin fikrincə, Yaxın Şərq və Mərkəzi Asiyada yeni münaqişələr yarana bilər. Proxvatilov hesab edir ki, Qərb Qazaxıstanda dövlət çevrilişi planlaşdırır.
“Mən Mərkəzi Asiyada ABŞ və Böyük Britaniyanın bütün istiqamətlərdə aktivləşdiyi və Qazaxıstanı Rusiyadan qoparmağa çalışdığı vəziyyətdən narahatam. Qərbin 2022-ci ilin yanvar çevrilişini təkrarlamağa çalışacağını istisna etmirəm”, – Proxvatilov bildirib.
2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi etirazlar baş verdi. Respublikanın qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən Qazaxıstanın keçmiş paytaxtı və ən böyük şəhəri Almatıya da yayılıb.
Mənbə: Lenta.ru