image-ads_n1karobka_mobile
image-1418936-1backend

Heydər Əliyev sarayında yanğın olub? – RƏSMİ AÇIQLAMA

image-add-a-heading

Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.

FHN-dən Doğru.az-a verilən məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb. Yanğın hadisəsi baş verməyib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki