Hollandiya Ukraynaya daha altı F-16 qırıcısını təhvil verməyə hazırlaşır.
Bu barədə Krallığın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
“Beləliklə, əvvəllər söz verildiyi kimi, ümumilikdə 24 qırıcı gətiriləcək”, – nazir yazıb.
Məlumdur ki, bu qırıcılar dünyanın ən böyük özəl hava qüvvələrinin operatoru olan Draken International-a satış üçün nəzərdə tutulub. Lakin tərəflər sövdələşmənin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Mənbə: A Haber