image-ads_n1karobka_mobile
image-68a20ed602e8bd162d5b7c85backend

Husilər Təl-Əvivə raket hücumu etdiklərini açıqlayıb

Yəmənin Ənsar Allah (Husi) hərəkatının sözçüsü Yəhya Sariya İsrailin paytaxtı Təl-Əvivdə Ben Qurion hava limanına hücum edildiyini bəyan edib.

Doğru.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, zərbə “Fələstin-2” hipersəs ballistik raketi ilə endirilib və əməliyyat uğurlu alınıb.

Xatırladaq ki, bundan əvvəl İsrail hərbçiləri Yəməndə enerji infrastrukturu obyektinə zərbələr endirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki