image-n1karobka_ads
image-123
image-1zemhikin7069hvftanocrfgswtsf8fgxq4svqv0_1200backend

“Imagro” şirkəti “Caspian Agro 2025” sərgisində kənd təsərrüfatının aparıcı texnikalarını təqdim edir – FOTO

Bakıda keçirilən XVIII Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro 2025” çərçivəsində “Imagro” şirkəti dünyanın aparıcı brendlərinə məxsus kənd təsərrüfatı texnikalarını nümayiş etdirir.

“Improtex” Şirkətlər Qrupuna daxil olan “Imagro” MMC uzun illərdir ki, ölkəmizdə aqrar sahənin inkişafına töhfə verir. Şirkət dünya brendlərinin — “Massey Ferguson”, DONGFENG, EFE, “Hattat” və başqalarının Azərbaycandakı rəsmi distribütoru kimi fəaliyyət göstərir. Bu brendlərə məxsus müasir texnikaların satışı və servis xidməti “Imagro” tərəfindən təşkil olunur.

Sərgi çərçivəsində şirkət Bakı Ekspo Mərkəzində yerləşən stendində aşağıdakı texnikaları təqdim edir:

“Massey Ferguson 7345S” kombayn

“Massey Ferguson 7S.180” traktor

“Massey Ferguson 6713” traktor

Eyni zamanda, “Imagro” şirkəti “Improtex Industries” zavodunda istehsal edilən və “Made in Azerbaijan” brendi ilə təqdim olunan kənd təsərrüfatı qoşquları, yarımqoşqular, meyvə toplama platformaları, lafetlər, yanacaq və su çənlərini də sərgidə nümayiş etdirir. Bu məhsullar Avropa standartlarına cavab verir və dövlət dəstəyi ilə satışa çıxarılır.

Qeyd edək ki, 13–16 may tarixlərini əhatə edən “Caspian Agro 2025” sərgisi Azərbaycanın kənd təsərrüfatı sahəsində ənənəvi beynəlxalq tədbirlərindən biridir.

Əlaqə:

“Imagro” MMC
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km
Telefon: +99451 2528080 / +99477 3377770
Servis: +99451 2059989
E-mail: info@imagro.az
Sayt: www.imagro.az

DOĞRU.AZ  image-de858tpxml2nvhujhpuenbfkeas8hwkbyihgrr1w_640 image-trazsyxfnsqz3yzysvfnywcw2wkwlp8gbnxcfdg7_640  image-tixaaoitycik57unw7wdsqobockebbougsh5r5ao_640 image-4suhkrs5rkrsgrkoreaodyzs7y8hlrzhcrobuhyq_640 image-8f1dflargox76itegzibvsa2zxaa6aindrsm7im7_640image-78tqabllfrzncp45dqtjnheqs8hk8ckw3ia7swoz_640image-sn3f0i72oqxylduw4eyrm33bpwauhiz8hvv7jn9l_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki