image-2000x150px
image-123
image-ads_atlas
image-ap_19191409800472-pic905-895x505-32283backend

İordaniya Suriyanın cənubundakı qaçaqmalçı bazalarına hücum edib

image-728x90px

İordaniya Suriyada narkotik qaçaqmalçılığında şübhəli bilinən mövqelərə aviazərbələr endirib.

Bu barədə Reuters yazır.

Agentliyin məlumatına görə, hərbçilər havadan dəstələrdən birinin lideri və iri narkotik alverçisinə məxsus evi dağıdıblar. Qonşu Salxad kəndində bir neçə qaçaqmalçı öldürülüb, jurnalistlər əlavə edib.

Al Hadath telekanalının verdiyi məlumata görə, İordaniya Hərbi Hava Qüvvələri 2023-cü il dekabrın 18-də sərhədi pozan silahlı dəstəyə qarşı əməliyyat zamanı Suriyanın cənub bölgələrinə hücum edib.

Sonra doqquz Suriya vətəndaşını saxlamağa müvəffəq olub, onlardan 12,9 min həşişli briket və 4,9 milyon Captagon tableti (amfetamin tipli stimullaşdırıcı) götürülüb. Onlar həmçinin dörd insan daşıya bilən raket kompleksləri, piyada əleyhinə minalar, snayper tüfəngləri və partlayıcı maddələr də daxil olmaqla, silah və sursat göndərişini ələ keçirə biliblər.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki