İranın “Əlborz” esminesi ordu donanmasının 94-cü flotiliyasının tərkibində Bab əl-Məndəb boğazını keçərək Qırmızı dənizə çatıb.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Qırmızı dənizə esminesin göndərilməsinin səbəbləri açıqlanmır. Agentliyin məlumatına görə, İran hərbi gəmiləri 1988-ci ildən gəmilərin təhlükəsizliyini təmin etmək və dəniz quldurları ilə mübarizə aparmaq üçün beynəlxalq sularda missiyalar yerinə yetirir.
İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında gedən müharibə fonunda son aylarda Qırmızı dənizdə beynəlxalq sularda səyahət edən gəmilərə atəş açılıb.
Mənbə: Gazeta.ru