image-2000x150px
image-123
image-ads_atlas
image-snimok-yekrana-2023-12-23-162946backend

İranda Rusiyanı xəyanətdə ittiham etdilər

image-728x90px

Rusiya-Ərəb Əməkdaşlıq Forumunun yekun sənədi İranda siyasi ehtirasları əməlli-başlı coşdurub və rəsmi Tehranın özünə strateji müttəfiq bildiyi, o cümlədən Ukrayna ilə müharibədə öz dronları ilə ciddi dəstək verdiyi Rusiya əleyhinə müxtəlif ittihamların səslənməsinə səbəb olub.

Belə ki, dekabrın 20-də Mərakeş krallığında Rusiya-ərəb əməkdaşlıq forumunun Xarici İşlər nazirləri səviyyəsində 6-cı iclası keçirilib və həmin iclasda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iştirak və çıxış edib.

Forumun sonunda yekun bəyannamə qəbul olunub, həmin sənəddə Fələstin, Suriya, Liviya, Yəmən, Sudan, Ukrayna, terrorçuluqla mübarizə və sair kimi regional və beynəlxalq məsələlərlə yanaşı, İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisəli ərazi sayılan üç ada – Böyük Tomb, Kiçik Tomb və Əbu Musa mövzusu ayrıca bənddə əksini tapıb.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə deyilib.

Məlumata görə, həmin bənd İran siyasi elitasını özündən çıxarıb. Belə ki, altında Rusiyanın da imzası olan sənəddə həm İranın mövqeyinin əksinə olaraq, Fars körfəzindəki sözügedən adaların mübahisəli ərazi olduğu təsdiqlənib, həm də həmin mübahisənin dinc yolla, danışıqlar vasitəsilə həllinə, eləcə də BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət əsasında həllinə dəstək ifadə olunub.

Adalar məsələsində Rusiyanın belə mövqe tutması ilk dəfə olmasa da, məsələ İran siyasi dairələrində, mətbuatda və sosial şəbəkələrdə qızğın müzakirə obyektinə çevrilib, Moskva İranın ərazi bütövlüyünü sual altına almaqda, Tehranla müttəfiqlik münasibətlərinə xəyanət etməkdə ittiham olunub.

Ən kəskin mövqeyi isə rəsmi “Keyhan” və yarımrəsmi “Cümhuri-ye islami” qəzetləri sərgiləyib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki