image-n1karobka_ads
image-123
image-17189184425789032413_1200x630backend

İspaniya AVRO-2024-ün 1/8 finalında – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Almaniyada təşkil olunan Avropa çempionatında daha bir oyun keçirilib.

Doğru.az xəbər verir ki, B qrupunda turnirin favoritlərindən hesab olunan İspaniya və İtaliya yığmaları üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. İtaliya millisinin heyətində Rikkardo Kalafiorinin 55-ci dəqiqədə öz qapısına vurduğu top ispanlara qələbə qazandırıb.

Bu nəticə ilə xallarını 6-ya çatdıran İspaniya millisi 1/8 finala vəsiqə qazanıb. 3 xalı olan İtaliya seçməsi isə ikincidir.

Qeyd edək ki, bu qrupun əvvəlki oyununda Xorvatiya və Albaniya yığmaları məhsuldar heç-heçə ediblər – 2:2. Hərəyə 1 xalı olan komandalar 3-4-cü yerləri bölüşdürür.

DOĞRU.AZ

image-img_20240621_054421_085

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki