İspaniya Milli Kəşfiyyat Mərkəzinin (CNI) məxfi məlumatları əldə etmək üçün casusluq və rüşvət verməkdə şübhəli bilinən iki Amerika səfirliyinin əməkdaşını ölkədən çıxarıb.
Bu barədə El Pais məlumat yayıb.
Mətndən belə çıxır ki, İspaniyanın müdafiə naziri Marqarita Robles diplomatik missiya əməkdaşlarının hərəkətləri ilə bağlı izahat almaq üçün ABŞ səfiri Culissa Reynosonu çağırıb. Xarici işlər naziri Xose Manuel Albares də narahatlığını bildirmək üçün ABŞ səfiri ilə əlaqə saxlayıb.
El Pais xəbər verir ki, ən azı iki amerikalı işçi İspaniyanı tərk edib və iki İspan kəşfiyyat rəsmisi məxfi məlumatları sızdırmaqda ittiham olunaraq istintaq altındadır.
Mənbə: CNN Türk