image-2000x150px
image-123
image-ads_atlas
image-32-pic_32ratio_900x600-900x600-24603backend

İsrail Baş Qərargahının rəhbəri Qəzzada döyüşlərin nə qədər davam edəcəyini bildirib

image-728x90px

İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi İordan çayının qərb sahilindəki İsrail əsgərlərinə səfəri zamanı ölkənin Qəzza zolağındakı hərbi əməliyyatının 2024-cü ilə qədər davam edəcəyini bildirib.

TASS xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

Portal Halevidən sitat gətirir: “Biz bütün il Qəzzada mütləq döyüşəcəyik”.

O, İDF-nin İordan çayının qərb sahilində “sayıqlığını” davam etdirəcəyini vurğulayıb. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əlavə edib ki, İsrail hərbçiləri şimalda şiə Hizbullah partiyasının silahlı birləşmələri ilə qarşılaşacaqlar.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Hizbullahla münaqişəni siyasi yolla həll etməyə hazır olduğunu bildirmişdi.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki