İsrail gəmiləri BMT-nin Yaxın Şərq Agentliyinin fələstinli qaçqınlar üçün nəzərdə tutulmuş humanitar karvanını atəşə tutub.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Bu səhər Qəzzada Qəzzanın şimalına hərəkəti gözləyən ərzaq karvanı İsrail donanması tərəfindən atəşə tutulub. Xoşbəxtlikdən heç kim xəsarət almayıb”, – deyə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzzadakı direktoru Tomas Uayt bildirib.
Bundan əvvəl Böyük Britaniya ABŞ-la Yəmənə 20-dən çox döyüş təyyarəsinin cəlb olunduğu üçüncü birgə zərbələr seriyasını həyata keçirib. Onlar Britaniya qırıcılarının ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə Yəmənə zərbələr endirdiyini təsdiqləyiblər. Ümumilikdə 10 ərazidə 30-dan çox hədəf vurulub, Amerika təyyarədaşıyan gəmisindən havaya qalxan gəmilərdən və qırıcılardan raketlər atılıb.
Mənbə: A Haber