İsrail və Fələstinin Həmas hərəkatı hazırda girovların azad edilməsi ilə bağlı razılığa gəlməkdən uzaqdır.
Bu barədə Amerikanın CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Bunlar hələ də danışıqlardır. Yekun heç nə yoxdur, hazırda yekun razılaşmaya yaxın deyillər”, – deyə adının açıqlanmasını istəməyən İsrail rəsmisi telekanala bildirib.
Kanalın mənbəsinin bildirdiyinə görə, HƏMAS İsrail həbsxanalarından fələstinli qadın və yeniyetmə məhbusların azad edilməsinə istinad edərək, “əvvəlkindən daha ağır şəraitdə olan daha çox məhbus” istəyir.
İsrail də öz növbəsində hər hansı razılaşmanın bir hissəsi kimi qalan bütün girovların azad edilməsini xahiş edir.
Mənbə: CNN Türk