image-n1karobka_ads
image-123
image-ria_8286027-pic_32ratio_900x600-900x600-95010backend

İsveç tezliklə “Şimal axını”nın bombalanması işi ilə bağlı qərar verəcək

Almaniyanın Welt qəzeti yazır ki, İsveç prokurorluğu yaxın vaxtlarda Rusiyanın “Şimal axını” qaz kəmərlərinin zədələnməsi işi ilə bağlı qərar verəcək.

Partlayışlarla bağlı istintaqa rəhbərlik edən prokuror Mats Ljungqvist yaxın bir neçə gün ərzində qərarın veriləcəyini bildirib. Ljungqvist dəqiq tarix açıqlamasa da, qərarın yalnız İsveç hüquq-mühafizə orqanlarının istintaq zamanı əldə etdiyi nəticələrə aid ediləcəyini açıqlayıb.

Daha əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya “Şimal axını”nda təxribatla bağlı Almaniya, Danimarka və İsveç araşdırmalarının gedişi ilə bağlı məlumat əldə edə bilməməsindən təəssüflənir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki