image-n1karobka_ads
image-123
image-68f699ceae5ac9761b681ae2backend

İtaliya Ukrayna üçün Amerika silahları almaq proqramına qoşulmağa hazırdır

image-ad_qayo_720x110px

Bloomberg-in məlumatına görə, İtaliya Ukrayna üçün Amerika silahlarının alınması proqramında iştirak etməyə hazır olduğunu bəyan edib.

Doğru.az xəbər verir ki, agentliyin mənbələrinə əsasən, Roma əvvəlcə bu proqramda iştiraka qarşı çıxaraq Ukraynaya silah tədarükü üçün alternativ yolların mümkünlüyünü vurğulamışdı.

Məqalədə qeyd olunur ki, İtaliyanın mövqeyinin dəyişməsi qismən proqramda bəzi müttəfiqlərin üstünlük qazanacağı halda ölkənin geri qalacağı ilə bağlı narahatlıqlardan irəli gəlir.

Bildirilib ki, İtaliya indiyədək Ukrayna üçün azı on hərbi yardım paketi hazırlayıb.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, alyansa üzv ölkələrin yarıdan çoxu Ukraynaya təhvil vermək üçün Amerika istehsalı silahları almağa hazırdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki