image-2000x150px
image-123
image-ads_atlas
image-1417582backend

Jurnalist Mahir Xəttab həbs edildi

image-728x90px

Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən “Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərlinin (Xəttab) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Doğru.az-ın Trend-ə istinadla verdiyi məlumatına görə, prosesdə vəsatət təmin edilib və M.Ələkbərli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki