image-n1karobka_ads
image-123
image-screenshot_20250510_183537_gallerybackend

Kalben Bakıya gəlir: Musiqi və duyğularla dolu bir axşam – VİDEO

Türk alternativ musiqisinin ən fərqli və duyğusal səslərindən biri olan Kalben, qəlbdən gələn sözləri və təsirli melodiyaları ilə dinləyicilərini hiss dolu musiqi səyahətinə aparır. Onun səmimi ifaları və özünəməxsus tərzi Azərbaycanlı musiqisevərlərin də qəlbini fəth edib.

Doğru.az xəbər verir ki, 14 may tarixində Heydər Əliyev Sarayında baş tutacaq bu özəl konsertdə Kalben tamaşaçılara unudulmaz bir gecə yaşadacaq. Onun səsi, gitara ilə vəhdətdə yaratdığı musiqi və səhnə enerjisi ruhunuza toxunacaq, sizi duyğuların dərinliklərinə aparacaq.

Bu möhtəşəm musiqi gecəsi Event Office tərəfindən təşkil olunur. Kalbenin sehrli ifasını canlı dinləmək fürsətini qaçırmayın!

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki