Kamerun millisinin yarımmüdafiəçisi Brayan Mbemo Rusiya millisi ilə yoxlama oyunu haqda fikirlərini bölüşüb.
“Güclü komandaya qarşı bizim üçün yaxşı oyun oldu. Təəssüf ki, çoxlu qol imkanlarını əldən verdik. Biz qol vura bilərdik, amma bunu ilk olaraq rəqib bacardı. Bu gün stadiondakı ab-hava çox xoşuma gəldi. Burada olmaq əla idi”, – Mbemo bildirib.
Moskvada, Lev Yaşin adına “Dinamo” stadionunda keçirilən görüş Rusiya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu hücumçu Fedor Çalov vurub.
Qeyd edək ki, oktyabrın 16-da Valeri Karpinin komandası Keniya ilə qarşılaşacaq. Qarşılaşma Türkiyədə, Antalyadakı elit otelin ərazisində yerləşən “Titanik Mardan” stadionunda baş tutacaq.
Mənbə: Sports.ru