image-n1karobka_ads
image-123
image-20160704_zap_h140_010-pic_32ratio_1200x800-1200x800-61662backend

Kanada Rusiya, Çin və İranın qurumlarını təhlükəsizliyə təhdid adlandırır

Kanada hökuməti yüzdən çox Rusiya, Çin və İran tədqiqat institutunun ölkənin milli təhlükəsizliyinə “təhdid” yaratdığını iddia edib.

Bu barədə Kanada hökumətinin müvafiq qurumların siyahısının yer aldığı saytında məlumat verilib.

Saytda dərc edilən açıqlamaya görə, elm adamları siyahıda olanlarla əlaqəsi varsa və ya onlardan bu və ya digər formada dəstək alarsa, Kanada hökumətindən maliyyə vəsaitindən məhrum ediləcəklər. Söhbət həssas texnologiyalar sahəsində tədqiqatla məşğul olan mütəxəssislərdən gedir. Belə texnologiyalara, xüsusən robototexnika, kvant kompüterləri, aerokosmik tədqiqatlar, müasir silahların inkişafı və tibb daxildir.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki