image-n1karobka_ads
image-123
image-trendkartofbackend

Kartofun qiyməti gömrükdə 5 qəpik, marketlərdə 70 qəpik artıb

image-ad_qayo_720x110px

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 39 min 218 ton kartof idxal olunub.

Yeniavaz.com xəbər verir ki, idxal edilən kartofun 1 kiloqramının orta gömrük dəyəri 29,6 sent (50 qəpik) təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 2 ayı ərzində ölkəyə 40 min 225,8 ton kartof idxal olunub və həmin dövrdə 1 kiloqramın orta gömrük dəyəri 26 sent (45 qəpik) olub.

Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, bu il idxal olunan kartofun gömrük dəyəri 11% və ya 5 qəpik artıb.

Bundan əlavə, ötən ilin mart ayında Azərbaycanda idxal kartofun pərakəndə satış qiyməti 90 qəpik olduğu halda, bu ilin mart ayında bu göstərici 78% artaraq 1 manat 60 qəpiyə yüksəlib.

Nəticə etibarilə, ötən il marketlərdə kartof gömrük dəyərindən 2 dəfə baha satıldığı halda, bu il həmin fərq 3,2 dəfəyə çatıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki