İraqdakı radikal qruplaşmalardan biri olan “Kətaib Hizbullah” Amerikanın Yaxın Şərqdəki bazalarına cavab tədbirləri görməyə hazır olduğunu açıqlayıb.
Bu barədə TASS yazır.
Qrupun sözçüsü təsdiqləyib ki, onlar istənilən vaxt və hər yerdə bəzi uzaqmənzilli silahlara çıxış imkanına malik olmaqla cavab verməyə hazırdırlar.
Əvvəllər “Kətaib Hizbullah”ın tərəfdarları İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsində Amerika qüvvələrinə hücumda şübhəli bilinirdilər, nəticədə 40-dan çox amerikalı hərbçi yaralanıb.
ABŞ buna görə İranı günahlandırır. ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədində baş verən hücuma necə reaksiya verəcəyi ilə bağlı artıq qərar verib.