image-n1karobka_ads
image-123
image-upload-ria_483170-pic_32ratio_900x600-900x600-72243backend

Keçmiş Volkswagen zavodunda minlərlə alman və yapon avtomobili tapılıb

image-ad_qayo_720x110px

Kaluqadakı keçmiş Volkswagen zavodunun dayanacaqlarında əksəriyyəti Çin istehsalı olan alman və yapon markalarının minlərlə avtomobili yığılıb.

Bu barədə RBC məlumat yayıb.

Dayanacaqda Çin bazarı üçün istehsal olunan Volkswagen avtomobilləri, Audi Q6, Toyota RAV4 krossoverləri, elektrik Avatr 11, həmçinin GAC M8 minivenləri və Çinin Chery brendindən krossoverlər var.

Zavodun binasından Volkswagen və Skoda yazıları olan lövhələr yığışdırılıb. Həmçinin, dayanacaqda Volkswagen konserni tərəfindən Kaluqa zavodunda yığılan avtomobillərə rast gəlmək mümkün olmayıb.

Kaluqadakı “Volkswagen” zavodu Rusiyanın “Art-Finance” şirkətinin nəzarətinə keçib və “Volkswagen”in Rusiyadakı keçmiş nümayəndəliyinin adı dəyişdirilərək “AGR” MMC adlandırılıb, o da paralel idxal vasitəsilə Rusiyaya avtomobil idxalı ilə məşğuldur. Müəssisənin yenidən işə salınmasının 2024-cü ildə baş verəcəyi gözlənilir.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki